İlham Əliyev nəhayət Fransanın “erməni soyqırımının” inkarına görə cəza tətbiqi ilə bağlı qanun layihəsini şəxsən pislədi

06.02.2012

Bazar ertəsi prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə senatorlar Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.

Görüşdə Əliyev Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkürünü bildirib. Əliyev bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək, onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirib.

Maraqlıdır ki, Əliyev qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarıldığı andan etibarən ilk dəfə olaraq şəxsən onu pisləyib.

Senatın nümayəndə heyətinin səfəri Diaspor ilə İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib və fevralın 10-na qədər davam edəcək.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Fransa senatının ötən həftə qəbul etdiyi erməni soyqırımının inkarına görə cəza tətbiqi haqqında qanunun əleyhinə olan senatorlar daxildir. Bu senatorlar konstitusiyaya zidd olan qanunu ləğv etmək xahişi ilə Fransa Konstitusiya Şurasına müraciət imzalayıblar.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button