İlham Əliyev siqaret çəkmədiyindən danışdı

Xural.com-un APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

“Əlbəttə ki, yeni, müasir siqaret fabriklərinin tikintisi də nəzərdə tutulmalıdır. Ona görə yox ki, bizim vətəndaşlar daha çox siqaret çəksinlər, xeyr, siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq. Ancaq bunun ixracı çox gəlir gətirən bir sahədir və təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq. Mən real rəqəmi səsləndirirəm. Bir daha demək istəyirəm ki, 10 min ton quru tütünün tədarükü real rəqəmdir”, – deyə o vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button