İlham Əliyev və Con Kerrinin birgə bəyanatı

ilham kerri

ABŞ Dövlət Katibi Con Kerri Vaşinqtonda Prezident İlham Əliyevlə görüşüb. 

Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.

“Mən prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam,” – deyə Kerri bildirib:

“Bizim ölkələrimiz arasında ortaq maraqlar var.  Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq”.

Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri prezident Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür etdi.  ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildiridi.

“Bizim başqa maraqlarımızı da var – əks-terrroizm. Habelə biz Dağlıq Qarabağ  dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır.”

Öz növbəsində çıxış edən prezident İlham ƏIliyev Vaşinqtona dəvətə görə president Barak Obamaya təşəkkürünü bildirdi və ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğuladı:

“Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir.  ABŞ şirkətləri Azərbaycanda $10 milyarddan çox investisisya qoyublar.” 

Daha sonra prezident Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşası haqda danışdı:

“Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir.”

Azərbaycanın 100-ə yaxın sülhməramlı əsgərinin Əgqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd etdi.

Prezident İlham Əliyev bu həftə Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button