İlham Əliyev və Hillari Klinton Qarabağ nizamlanmasını və demokratiya məsələlərini müzakirə ediblər

05.02.2012

Azərbaycan prezidenti İlham Əliyev Münhendə təhlükəsizlik konfransı çərçivəsində ABŞ dövlət katibi Hillari Klintonla görüş keçirib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycanla Amerika arasında münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər.

Azərbaycanın Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində sülhməramlı əməliyyatda iştirakı yüksək dəyərləndirilib.

Qarabağ münaqişəsinin nizamlanmasına dair də ətraflı fikir mubadiləsi aparılıb.

Öz növbəsində, ABŞ Dövlət departamentindəki mənbələr bildirib ki, görüşdə həmçinin demokratiya, təhlükəsizlik və regional problemlər müzakirə olunub.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button