İlham Əliyevin Gürcüstana səfəri qadağanı qaldıracaqmı?

ilham-gürcü

xural.com-a “Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidmətindən daxil olan məlumata görə, “Borçalı” cəmiyyətinin İdarə Heyəti, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 5-6-da Gürcüstana iki günlük rəsmi səfərini Azərbaycan-Gürcüstan əməkdaşlığı baxımından vacib hesab etməklə, səfərin uğurlu olduğu düşüncəsindədir. Hər iki tərəfin strateji əməkdaşlığın davam etdirilməsi, iqtisadi, humanitan və strateji məsələlərdə, siyasi mahiyyət daşıyan enerji məsələlərində əməkdaşlığın alternativsizliyi, milli maraqların qarşılıqlı qorunması sahəsindəki razılaşmaları, iki ölkənin həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət təqdir olunmalıdır.

“Borçalı” Cəmiyyətinin İdarə Heyəti bu səfərin, həm də soydaşlarımızın sosial, təhsil, torpaq, miqrasiya, yeni iş yerlərinin açılması kimi problemlərinin həllinə, soydaşlarımızın Azərbaycanın əmək bazarından faydalanmasına, kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarlarına maneəsiz daxil olmasına şərait yaradacağına, o cümlədən dostluq prinsiplərinə zidd olaraq Gürcüstan tərəfin, təşkilatın sədri Zəlimxan Məmmədlinin Gürcüstana giriş yasağı qərarının tezliklə aradan qaldırılacağına inamını ifadə edir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button