İlham Əliyev “İnturist” otelinin açılışında

ilham-mehribanMayın 5-də Bakıda “İnturist” otelinin açılışı olub. xural.com AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Bildirildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib.
Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edildi ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.
Dövlət başçısı oteldə yaradılmış şəraitlə tanış oldu. Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button