İlham Əliyev loyal mətbuatdan razıdır

İlham Əliyev loyal mətbuatdan razıdır

İyulun 22-də qeyd olunan Milli Mətbuat Günü ərəfəsində dövlət başçısı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

“Milli mətbuatımızın böyük tarixi olması ilə qürur duya bilərik və təkcə müstəqillik illərində mətbuat tamamilə azad və müstəqil şəkildə fəaliyyət göstərməyə başlayıb”, deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, 1998-ci ildə senzuranın ləğvi ilə milli mətbuat tarixində yeni mərhələ açılıb. Əliyev həmçinin Mətbuat Şurasının işini yüksək qiymətləndirib.

Mətbuatın inkişafı üzrə islahatlar uğurla həyata keçirilir, milli KİV “cəmiyyətin strateji maraqları ətrafında birləşib, narahat edən məsələlər üzrə baxışlarda fərq yoxdur”.

Mətbuat milli strateji maraqları beynəlxalq səviyyədə müdafiə etməlidir, deyə Əliyev bildirib. Onun fikrincə, son illər bu məsələdə ciddi dönüş baş verib.

Eyni zamanda, o, ciddi tədbirlər ərəfəsində xarici mətbuatda Azərbaycana qarşı kampaniyaların “əlaqələndirilmiş” xarakterli olmasından şikayətlənib.

“Erməni lobbisinin və digər dairələrin həyata keçirdiyi qarayaxma kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir”, deyə o qeyd edib.

Əliyev həmçinin Azərbaycan haqqında həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın rolunun artırılması zərurətini vurğulayıb.

Daha sonra o, mətbuatın inkişafına dəstək vəd edib və Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə dövlət başçısının 20 iyul tarixli sərəncamı ilə layiq görüldükləri mükafatları təqdim edib.

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button