İlham Əliyev Nepala humanitar yardım göndərdi – FOTO

Nepala humanitar yardım29.04.2015

Azərbaycanlılar təxliyyə ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Prezidentin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək vətənə çatdırılması həyata keçiriləcəkdir.

Nepala humanitar yardım 1 Nepala humanitar yardım 2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button