İlham Əliyevin köməkçisinin həbsi gözlənilir – özəl

eli-esedov-300x225
Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi,  Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun işdən çıxarılması və həbsi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, Ə.Əsədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla şübhəli iş birliyi və milyardlarla dolların xaricə çıxarılmasında günahkar biilinir: “Ə.Əsədov E.Mahmudovun klanına daxil olub və bu qrupun aparıcı şəxslərindən sayılıb. Ona görə də onun yaxın saatlarda və ya günlərdə işdən çıxarılacağı və həbsi planlaşdırılır”.
Ə.Əsədov qeyri-rəsmi olaraq Bakının mərkəzində çoxsaylı tikinti layihələrinə və iri dövlət sifarişlərinə nəzarət edib.
Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlamışdır. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olmuşdur.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button