İlham Rəhimovun İtaliyada italyanca kitabı çap olundu

İlham Rəhimovun İtaliyada kitabı çap olundu

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada rus dilində çap olunmuş “Flosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabı beynəlxalq hüquq aləmində geniş maraq doğurduğundan, italyan hüquqşunaslarının təşəbbusu ilə İtaliyanın Türin şəhərində çap olunub.

xural.com-a verilən məlumata görə, nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb.
Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə də cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.
Eyni zamanda qeyd edək ki, bu ilin payızında İtaliyanın paytaxtı Roma şəhərində kitabın təntənəli təqdimatı olacaq.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button