İlham Rəhimov Rusiyada “Fəxri Professor” oldu

xural.com xəbər verir ki, Professor İlham Rəhimov Rusiya İstintaq Komitəsinin Akademiyasının “Fəxri professoru” adına layiq görülüb

 ilham rehimov

9 mart 2016-cı ildə Moskva şəhərində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasında hüquq elmləri doktoru, professor, Azərbaycan respublikasının əməkdar hüquqşünası İlham Rəhimovun kitablarının (“Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqı haqqında”) müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası, ədliyyə generalı A.İ.Bastrıkin, eləcə də, məşhur hüquqşünas alimlər, professorlar İ.M.Matskeviç, V.S.Djatiyev, V.İ.Zubkova, A.İ.Çuçaev, S.N.Baburin, Y.V.Qolik, A.İ.Korobeev, T.V.Nepomnyaşaya və başqaları çıxış ediblər.

xural.com-un məlumatına görə, kitabın müzakirəsində həmçinin Rusiyanın ictimai-siyasi xadimləri, o cümlədən Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəhbəri, I dərəcəli həqiqi dövlət müşaviri, iqtisad elmləri doktoru M.V.Mişustin, Rusiya Dövlət Duması “Dövlət Quruculuğu və Konstitusiya Qanunvericiliyi” komitəsinin sədri, hüquq elmləri namizədi V.N.Pligin, Rusiya Federasiya Şurası Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə əlaqə, MDB işləri üzrə komitənin  sədri L.E.Slutskiy, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Z.A.İskandarov, Rusiyanın Vəkillik və Notariat Akademiyasının rektoru, hüquq elmləri doktoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası H.B.Mirzəyev çıxış ediblər.

İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə  professor İ.M.Rəhimov Akademiyanın “Fəxri professoru” adına layiq görülüb. Həmçinin İ.M.Rəhimov Rusiya Vəkillər Gildiyasının “Vəkilliyin inkişafındakı xidmətlərinə görə” fərqlənmə nişanı ilə təltif edilib.

ilham rehimov1

ilham rehimov2

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button