İlin əvvəlindən Azərbaycanda 20 yeni məhbus var

Rəsul Cəfərov

Rəsul Cəfərov: “İlin əvvəlindən Azərbaycanda 20 yeni məhbus var”

İlin əvvəlindən Azərbaycanda 20 yeni məhbus var. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisində “Azərbaycanda siyasi məhbusların müdafiəsi” mövzusunda keçirilən brifinqdə İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov bildirib. 2 aprel mitinqi ilə bağlı həbs edilən siyasi məhbusların sırasına AXCP fəalı Şahin Həsənli, hüquq müdafiəçisi Vidadi İsgəndərov, gənc fəallar Cabbar Savalan və Bəxtiyar Hacıyev, Milli Dövlətçilik Partiyasının lideri Nemət Pənahlı daxil edilib.
İslam Partiyasının lideri Mövsüm Səmədov və bu partiyanın digər 6 fəalına gəlincə, Cəfərovun sözlərinə görə, hələ hüquq müdafiəçiləri onların siyasi məhbus kimi tanınması ilə bağlı yekdil fikrə gəlməyiblər. “Onların məhkəmə prosesinə dair materialların öyrənilməsindən və işə ali məhkəmə instansiyalarında baxılmasının monitorinqindən sonra müəyyən fikrə gələcəyik”, – Cəfərov vurğulayıb.
Əvvəlki illərdə məhkum olunanları nəzərə almaqla, hazırda siyasi məhbusların sayı digər hüquq müdafiə qurumlarının nümayəndələri ilə birlikdə dəqiqləşdirilir.
R.Cəfərov bildirib ki, oktyabrın 21-də Media Mərkəzində insan hüquqlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Tədbirə rəsmi qurumların nümayəndələri də dəvət olunacaq.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button