İlqar Əliyev Kürdəxanıda özünü asdı

mtn-bina-5.jpg

Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Xəbəri ilk olaraq “Qafqazinfo.az” saytı yayıb.

Məlumata görə, həbsdə olan İlqar Əliyev, təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.

Sayt məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button