İlqar Əliyev yeni bazar tikir

“Binə” və “Sədərəy”in ortasında!

Çoxlarına “Riyad” Ticarət Mərkəzinin sahibı kimi tanınan, prezidentin əmisi Aqil Əliyevin oğlu İlqar Əliyev Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni ticarət mərkəzi inşa etdirir. XuralTAC-ın məlumatlarına görə, onun Abşeron rayonunda, Bakı-Sumqayıt yolunda inşa etdirdiyi “Türk Dünyası-Riyad” Ticarət Mərkəzinin lazımi gücdə işləmədiyini görən İlqar Əliyev onu iki böyük ticarət mərkəzlərinin arasında yerləşdirmək qərarına gəlib. “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin arasında yerləşən boş ərazidə salınan mərkəzdə artıq tikinti işləri başa çatır. Öz miqyasına görə bu ticarət mərkəzlərindən geniş olan yeni ticarət mərkəzi “Karvan” adı altında fəaliyyət göstərəcək. “Karvan” Ticarət Mərkəzinin “Binə” və “Sədərək” bazarlarının, xüsusən də “Sədərək” bazarının işlərinə ciddi zərbə vuracağı bildirilir. Mətbuata sızan məlumatlarda o da bildirilir ki, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Şirniyyat” bazarı yeni açılacaq “Karvan” Ticarət Mərkəzinə köçürüləcək. Bununla da “Sədərək” bazarının təxminən 30 faiz işadamı yeni bazarda çalışmalı olacaq. Qeyd edək ki, “Şirniyyat” bazarı “Sədərək” Ticarət Mərkəzinin ən güclü bazarlarından biri olduğundan, “Karvan” TM-nin sahibi İlqar Əliyev məhz onu inşa etdikləri yeni bazara köçürmək niyyətinə düşüb. Bundan başqa, verılən məlumatlara görə, “Sədərək Yusif” ləqəbi ilə ticarət aləmində məxsusi nüfuza malik Yusıf Qədimbəylinin və eləcə də “Binə” bazarının çoxillik sahıbəsi Kəbirə Məmmədovanın sıradan çıxarılması və üç böyük bazarın birləşdirilməsi də nəzərdə tutulan plana daxıldir. Bu məqsədlə artıq satıcılar arasında narazılıq toxumlarının səpildiyi də söylənilir. “Rezin kilid”ə görə, satıcılardan 10 manat yığmagı tələb edən “Sədərək Yusif”dən və icarə haqqını hər ay bir bəhanə ilə artıran Kəbirə Məmmədovadan fərqli olaraq, İlqar Əliyev satıcılara böyük güzəştlər vəd edir. O, bu yolla satıcıların narazılıqlarını gücləndirmək və bazarların təbii şəkildə birləşməsini təmin etmək niyyətindədir. Hətta İlqar Əliyev adı çəkilən bazarlardan fərqli olaraq, obyektləri sərfəli qiymətə icarəyə verir. Deyilənlərə görə, ilk 6 ayda kirayə pulu almayan İlqar Əliyev bununla yan bazarların işbazlarını özünə tərəf çəkməyi planlaşdırır.

Xatırladaq ki, “Türk Dünyası-Riyad” Ticarət Mərkəzinin bu ilin iyul ayında açılışı zamanı bildirilmişdi ki, ticarət mərkəzində işləyən türklərdən 6 ay icarə haqqı alınmayacaq. Sonrakı aylarda isə kirayə hər kvadrat metr üçün 10 dollar təşkil edəcək. Mərkəzdə işləyən türk iş adamlarına vergi endirimi və viza, gömrük və pul transferində rahatlıqları təmin olunacaq. Prezidentin mərhum əmisi Aqil Əliyevin nəvəsi Riyad Əliyevın adını daşıyan Mərkəzdə çalışacaq türk işadamlarına bu qədər güzəştlərin edilməsi ona əsas verirdi ki, prezidentin qohumu ilə ortaqlıq türkləri xeyli irəli salsın. Halbuki Ticarət Mərkəzində 2983 dükanın fəaliyyət göstərməsinə baxmayaraq, o, heç də nəzərdə tutulan ümidləri doğrultmadı. Üstəlik, “Binə” və “Sədərək” Ticarət Mərkəzlərinin eyni istiqamətə köçürülməsi də İlqar Əliyevin “Şəhərlərarası tıcarət” projesini alt-üst etdi. O baxımdan, hər üç ticarət obyektinin gələcəkdə birləşməsi projesinin reallaşması prezident ailəsinin ticarət aləmində nüfuzunu bir neçə dəfə artıracaq.

XuralTac

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

4 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button