İlqar Məmmədov və Tofiq Yaqublunun apellyasiya şikayətinə baxışın vaxtı məlum oldu

tofiq-ilqar-

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış Tofiq Yaqublunun barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinin vaxtı məlum olub. Strateq.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, şikayət üzrə ilkin baxış iclası aprelin 22-də Şəki Apellyasiya Məhkəməsində keçiriləcək.

İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı  əfv sərəncamı ilə azadlığa çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button