İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb

ilqar tofiq

Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin həbsdə olan müavini Tofiq Yaqublunun barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli məlumat verib.

Səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsi göstərilib. Məhkəmənin növbəti prosesinin vaxtı yaxın müddətdə açıqlanacaq.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər.

Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button