İlqar və Tofiq Şəki məhkəməsində iştirakdan imtina edirlər

Vəkil müxalifətçilərin məcburi qaydada Şəki İstintaq Təcridxanasına köçürülməsini istisna etmir

İsmayıllı hadisələri ilə əlaqədar həbs cəzasına məhkum edilmiş ReAl hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu Şəki Apellyasiya Məhkəməsində işlərinə təkrar baxılması prosesində iştirakdan imtina edirlər.

2014-cü il martın 17-də İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Tofiq Yaqublu eyni ittihamla 5 il həbs cəzası alıb. 2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi Şəki məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Oktyabrın 13-də Ali Məhkəmə işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb. Amnesty İnternational İlqar Məmmədovu və Tofiq Yaqublunu vicdan məhbusu kimi tanıyıb.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, Məmmədov və Yaqublu Şəki Apellyasiya Məhkəməsindəki prosesdə iştirakdan imtina edirlər. Vəkilin sözlərinə görə, onların belə bir hüququ var.

Müxalifətçilərin bu qərarının səbəbinə gəlincə, onlar məhkəmənin ədalətinə inanmırlar. Digər tərəfdən, onların prosesdə iştirakı yenidən Şəki İstintaq Təcridxanasına köçürülməyi, orada karantin və digər prosedurlardan keçməyi nəzərdə tutur ki, bu da onların əzab-əziyyətini artıracaq.

Bununla belə, vəkil qeyd edib ki, Məmmədov və Yaqublunun prosesdə iştirakdan imtinası vəkillərin iştirakını istisna etmir. Vəkil müxalifətçilərin məcburi qaydada Şəki İstintaq Təcridxanasına köçürülməsini istisna etmir. Amma o, bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, qanunda məhkəmə məcburi qaydada gətirilmə yalnız birinci instansiya məhkəməsindəki proseslər üçün nəzərdə tutulub.

Qanunla apellyasiya məhkəməsində belə bir məcburiyyət yoxdur.

22 may 2014-cü il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovu  saxlanılmasının qanunsuz olduğunu etiraf edib. Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan hökuməti Məmmədova 22 min avro təzminat ödəməlidir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button