“İmamzada” niyə təmizlənmir-FOTOLAR

imamzada2Bir neçə gün bundan əvvəl xural.com olaraq Gəncənin tarixi “İmamzada” məzarlığında natəmizliyin baş alıb getdiyi haqqında xəbər yazmışdıq. Bu haqda Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə əlaqə saxlasaq da, onların səlahiyyətlisi Bəxtiyar müəllim, “İmamzada” məzarlığının onların kurasiyasında olmadığını, bu işlə Gəncə Şəhər Kommunal İdarəsinin məşğul olduğunu demişdi. Axtarışlarımıza baxmayaraq, Kommunal İdarədən heç kimi tapa bilmədik. Bizə “İmamzada” kompleksinin axundu Hacı Tahir Qarabaği də cavab vermədi. Köməkçiləri onun Gəncədə olmadığını, “İmamzada”nın tikilişi ilə bağlı Bakıda olduğunu dedilər. Köməkçilərdən də qaneedici bir cavab ala bilmədik. Əlac şəhər rəhbərliyinin özünə qaldı. Şəhər İcra Başçısı Elmar Vəliyevlə əlaqə saxladıq. Elmar Vəliyev balaca məmurlardan fərqli olaraq telefonu götürsə və bizimlə danışsa da, xural.com-dan və mətbuatdan olduğumuzu bilən kimi, özünü “Elmar Vəliyevin köməkçisi” olaraq təqdim etdi və “Elmar Vəliyev jurnalistlərlə danışmır”deyərək dəstəyi asdı.

xural.com-un mənbələrinin dediklərindən və mətbuatda yazılanlardan məlum olur ki, şəhərin başçısı Elmar Vəliyevin “İmamzada” məzarlığının axundu Hacı Tahirlə də münasibətləri yaxşı deyil. Bir neçə dəfə şəhər rəhbərliyinin iclasında onu acılayan icra başçısı Hacı Tahiri vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Hacı Tahirin geniş əlaqələri və şəhər müsəlmanlarının arasında qazandığı hörməti hələlik onun vəzifəsində qalmasına səbəb olub.

Bütün bunlar ayrı yazı-araşdırmanın mövzusudur. Məsələ isə ortadadır. “İmamzada” kompleksi, qəbiristanlıq zibilliyin içində itib-batır. Prezident İlham Əliyev 2-3 dəfə “İmamzada” kompleksinə maliyyə ayırsa da, “təmir-tikinti işləri” bitmir ki bitmir. Bu müqəddəs məzarlıqdakı vəziyyət isə budur.

Şəkillər hər şeyi açıqca göstərir:

imamzada1

imamzada10

imamzada13

imamzada14

imamzada2

imamzada3

imamzada4

imamzada8

imamzada9

imamzada7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İmamzada”nın hər zaman sulu olan, insanların öz hesablarına çəkdirdikləri bulaqlar da qurudulub. İndi burada su da yoxdur. İllərin bulaqları niyə bu haldadır, o da ayrı sualların cavablarıdır:

imamzada12

imamzada11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button