İndi Bakcell CIN abunəçiləri balanslarını bankomatlar vasitəsilə artıra bilərlər

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, böyük məmnuniyyətlə CIN abunəçiləri üçün yeni xidmətini təqdim edir. Müştərilərin rahatlığını təmin etmək və onların artan tələblərinə cavab vermək məqsədilə, Bakcell CIN abunəçiləri üçün “bankomatlar vasitəsilə balansın artırılması” xidmətini işə salıb.

“Bankomatlar vasitəsilə balansın artırılması” xidməti abunəçilərə AzeriCard və ya KapitalCard sistemləri üzərindən işləyən bankomatlardan istifadə etməklə balansa istənilən məbləğdə vəsait qoymaq imkanını yaradır.

 

Ödənilən məbləğ
(AZN-ƏDV daxil)
Etibarlılıq müddəti
(günlər)
1.99AZN-dək 10
2.00-5.99AZN arası 30
6.00 – 9.99AZN arası 150
10.00-19.99AZN arası 150
20 AZN və daha çox 150

 

Bankomat vasitəsilə balansı artırmaq üçün, abunəçilər öz plastik kartlarından istifadə etməlidirlər. Abunəçi sadəcə öz mobil telefonunun nömrəsini və balansına əlavə etmək istədiyi istənilən məbləği daxil etməlidir. Ödəniş başa çatan kimi, vəsait abunəçinin balansına keçir və o,  bu barədə SMS bildirişi alır.

Qeyd etmək lazımdır ki, Klass və Gold abunəçiləri “bankomatlar vasitəsilə balansın artırılması” xidmətindən xeyli müddətdir ki, istifadə edirlər. İndi isə CIN abunəçiləri üçün də bu xidmət istifadəyə verildi. Xidmət sayəsində abunəçilər balanslarını artırmaq üçün məbləğin seçimində sərbəstdirlər və hətta çox kiçik büdcə ilə belə ünsiyyətdə qala bilərlər.

Bu hələ son deyil! Bakcell abunəçiləri bankomatlar vasitəsilə həmçinin öz ailə üzvləri, qohumları, dostları və həmkarlarının Bakcell nömrəsinin balansını da artıra bilərlər. Bunun üçün sadəcə mobil telefonun nömrəsini bilmək kifayətdir.

Bakcell-lə ünsiyyətin rahatlığından zövq alın!

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

  • Qeyd edək ki, MilliKart, TexnikaBank və Royal Bank sistemləri üzərindən işləyən bankomatlar vasitəsilə CİN abunəçiləri üçün bu xidmət yaxın zamanlarda mümkün olacaq.

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button