İnsanilik dərsi

Uluruh Atalı

Soylu ölüb, Qarabaş qalıb, qalana ağlayıram.

Safruh

Ruhaniyyatçılıq edə bilmədi, siyasətlə ruhaniyyat yolu getmək istədi. Ruhaniyyatı vasitəyə çevirdi, siyasəti məqsədə. Ruhaniyyat Ocağında siyasət işlətdi, siyasətində öldü. Ruhaniyyatda biclik etdi – gic oldu.

***

Yalançı yalanın köləsidir.

Doğruçu doğruluğunun yiyəsi.

Doğruçu yaşaya bilmədi, yalanını doğrultmaq istədi. Yalanında, hiyləsində, məkrində öldü.

***

Vüqarlı ola bilmədi–lovğalandı.

Ləyaqətdə üstün ola bilmədi–həqarət yaratdı.

Yapdığı suçdan qorxmadı, suçunun ifşasından qorxdu, nüfuzunu itirməkdən qorxdu. Qorxduqca çaşdı, çaşdıqca çaşdırdı.

***

Gah diş qıcadı, gah yazıqlaşdı. İkiliyində öldü.

Həqiqətin yanında gözükölgəli, başıaşağı oldu. Özündə güc tapmadı başıaşağılıqdan çıxmağa.

***
Böhtana gücü çatdı–mürşidi sandığının gizlincə səsini yazdı, gündəliklərinə girib üzünü çıxartdı, səhifələrini cırdı. Durulmaq üçün öz içini bulandırmaqdansa, Ocağın içini bulandırdı.

***

Bunun üçün necə asan imiş Ocaq qurub-dağıtmaq, ruhaniyyatı “sıfırdan başlamaq”!

Ocaq bir dəfə qurulur, Ocaq ruhaniyyatı əsasında da insan qurulur. Öz içində insanilik yolu gedən Ocağa layiq olur.

***

Özünü idarə edə bilmədi, ruhaniyyatda siyasi idarəçilik yaratmaq, idarəcilik əsasında baş olmaq istədi. Ocaqda yaratdığı durumdan utanmadı, həşir yaratdı, həşirində öldü.

***

“Atadan sonra Ocağı bu yaşadıbmış”, ona görə bunun oyunlarına, etdiyi murdarlıqlara göz yumulmalıymış.

Çəkdiyi əməkləri gözümüzə soxmaqla, dilimizi–ağzımızı bağlamaq, bununla işin arxasında gizlənmək istədi.

***
Ocaqda bölücülük ənənəsi yaratmışdı, təcrübəsi vardı. Ona görə Ocaqdan qacıb “Ocaq yaratmaq” çətin deyilmiş.

***

Ucalıqdan başqa hər alcaqlığı özünə sığışdırdı: İnam Evinin arxivini oğurlatdırdı. ”İstedadlı” qələmini işə saldı–dostunu “sarsıdan”, özünə təsəlli olan yazı yazdı. “İstedadlı” qələmində öldü.

***

Dosta, Amaldaşa sədaqəti üzdəymiş, xəyanəti dərində.

Böyüklüyü üzdəymiş, balacalığı dərində.

***

Adama xidmətçi gərəkmiş, buyuruqçu gərəkmiş, itaətçi gərəkmiş – şəxsiyyət yox.

***

Atanın Mütləqə İnam Ocağından kimi təqdim etdin?! Yaratdığın ali şəxs hanı?! Atanın Ocağı bir şəxsiyyət verməyibsə, Ocaq adına danışmaq gülüncdür.

Qurbanlarını, imtinalarını görmək istəyirəm.

Ocaqda bütün çabaların təmənnaya əsaslanırmış.

Ona görə təmənnanda öldün.

***

“Qarabaş” adından başqa ayrı qazancın yoxdur.

Atamız var olsun!

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button