“İnsanlara medal yox, pul vermək lazımdır” – Fazil Mustafa

Spiker: “Hər şeyi maddiyata bağlamaq olmaz”.

Milli Məclisdə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, “Gəmiçilik sahəsində xidmətlərə görə” medal təsis edilib. Bu medalla Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihənin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz edib.O bildirib ki, sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılması təşkil edilməlidir: “Ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır: Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı? Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? Yaxud da hər hansı bir qurumun yaranma günü var. Bu o demək deyil ki, hər qurumun yaranma tarixi ilə bağlı medal təsis edilməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hər şeyi maddiyata bağlamaq olmaz.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button