İnstitutun bağlanması onu mediada liderə çevirib…

universitetAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət dövlət universitetlər ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 13701 xəbər yerləşdirilib. Bunlardan 346 xəbər mənfi, 15 xəbər müsbət və 13340 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Müəllimlər İnstitutu (222 xəbər) – institutun bağlanması birmənalı qarşılanmayıb, Gəncə Dövlət Universiteti (62 xəbər), Azərbaycan Texnologiya Universiteti (16 xəbər). Azərbaycan Dövlət Aqrar Universiteti isə müsbət xəbərlər arasında 7 xəbərlə liderdir.

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                                                       1683 xəbər
  2. Azərbaycan Dövlət İqtisad Universiteti                            1124 xəbər
  3. Azərbaycan Müəllimlər İnstitutu                                        850 xəbər
  4. Azərbaycan Tibb Universiteti                                              846 xəbər
  5. Azərbaycan Dillər Universiteti                                            677 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1145 xəbər dərc edilib. Bu xəbərlərdən 1144-ü neytral, 1-i isə mənfi xəbərlərdir. Mənfi xəbər Gəncə Dövlət Universitetinə (1 xəbər) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                                                    222 xəbər
  2. Bakı Slavyan Universiteti                                                  106 xəbər
  3. Azərbaycan Tibb Universiteti                                            63 xəbər
  4. Azərbaycan Dövlət İqtisad Universiteti                           61 xəbər
  5. Bakı Ali Neft Məktəbi                                                          51 xəbər

Xəbər sayına görə sıralama:

Noyabr ayında televiziya kanallarında universitetlər haqqında 428 xəbər göstərilib.

  1. Azərbaycan Dövlət İqtisad Universiteti                            39 xəbər
  2. Bakı Dövlət Universiteti                                                       35 xəbər
  3. Azərbaycan Müəllimlər İnstitutu                                        30 xəbər
  4. ADA Universiteti                                                                    26 xəbər
  5. Azərbaycan Memarlıq və İnşaat Universiteti                   24 xəbər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button