İntihar edən gəncin son şeiri: “Bu şəhər Bakı deyil, Sənsizlik şəhəridir”

Tanınmış blogger Dəyanət Babayev özünün facebook səhifəsində 2 gün bundan əvvəl axşam özünü dənizə ataraq intihar etmiş gənc şair Məlik Cahanın “Sənsizlik şəhəri” şeirini dərc edib. Xural.com şeiri Oxucularına təqdim edir:

 

Bu şəhər Bakı deyil,
Sənsizlik şəhəridir.
Sənsiz açılan hər gün
Kədərin səhəridir.

Bu şəhərin adını
Mən “Sənsizlik” qoymuşam.
Çünki sən gedən gündən
Sənsizliyi duymuşam.

Gecələr zaman getmir,
Xarab olur saatım.
Sən məni tərk edəndən
Buradır qeydiyyatım.

Ayrılıqlar şəhəri,
Ayrılanlar limanı.
Bilirsən, bu limanın
Cəhənnəmdir hər anı.

Bircə mən gəzmirəm ki,
“Nakam eşqlər” küçəsin.
Bu küçə öldürübdür
Məndən öncə neçəsin…

Sən elə düşünmə ki,
Burda hər yer işıqdır.
Qaranlıq küçələrdə,
Duyğular dolaşıqdır.

Yayı da qış kimidir,
Sənsizlik şəhərinin.
Gözüm dolur hər gecə,
Yeri dolmur birinin…

İnan ki, çox çətindir
Yoxluğuna alışmaq.
Səni unuda bilmək,
Unutmağa çalışmaq.

Dərdlini dərdli anlar,
Məni anlamır çoxu.
Nə bir ümid qalıbdır,
Nə sən varsan, nə yuxu…

Nə olsun var yataqda,
“Gəl yat” – deyən döşəkçə.
Gör nə vaxtdır yatmıram
Şirin-şirin, qəşəngcə…

…Bax belədir günlərim
Sənsizlik şəhərində.
Yalvarıram, qayıt gəl,
Fəsillərin birində…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button