İntiqam Əliyevin məhkəməsində şahid ifadə verib

hakim Rasim Sadiqov08.04.2015

Məhkəmə ittiham tərəfinin, zərərçəkmişin və müdafiə tərəfinin vəsatətini təmin etmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə HMC-də müsahib işləmiş Gülyanə Həbibova şahid ifadəsi verib. O bildirib ki, 2014-cü ildə üç ay ərzində HMC-də mühasib vəzifəsində işləyib və qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilələrin hazırlanması, donorlara maliyyə hesabatının verilməsi və s. işləri görüb. Prokuror ona iş prinsipi və qaydaları, hesabatların kimin tərəfindən hazırlanması, bankdan pulun hansı formada alınması və s.tipli suallar verib. İntiqam Əliyev iki dəfə prokurorun suallarına etiraz edib.

Şahid ifadəsində sonra dövlət ittihamçısı vəkillər –  Anar Qasımlı, Əlaif Həsənov, Adil İsmayılov və Fariz Namazlının şahid qismində işə cəlb edilməsibarədə vəsatət qaldırıb. O, bildirib ki, istintaq həmin şəxsləri şahid siyahısında versə də, müdafiə tərəfinin vəsatətinə əsasən, məhkəmə onların şahid siyahısından çıxarılmasına qərar verib. Lakin ittiham tərəfi yenidən vəsatət verərək, onların şahid qismində dindirilməsini istəyir.

Məhkəmə vəsatətin təmin edilməməsinə qərar verib.

Daha sonra müdafiə tərəfi HMC-nin keçmiş mühasibi Gülşən Orucovanın təqdimatı ilə HMC-nin vəsaitini başqa hesablara köçürən Azərbaycan Beynəlxalq Bankının 4 əməkdaşının əlavə şahid qismində məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb.

Bank əməkdaşlarının çağırılması zərurətinin yaranmasına səbəb müdafiə tərəfin ödəniş tapşırıqlarında Əliyevin imzalarının saxtalaşdırıldığı haqqında qənaəti olub. Məhkəmə bu vəsatəti təmin edib.

Zərərçəkmiş, HMC-nin keçmiş hüquqşünasi Sadiq Bağırov da vəsatətə verib. O, bildirib ki, istintaq maaş cədvəli kimi təqdim olunan sənəddə onun adına 1200 manat əməkhaqqı yazıldığı halda, qarşısında imzasının olmaması səbəbilə onu zərərçəkmiş şəxs kimi tanıyıb. “İntiqam Əliyev də dəfələrlə məhkəmədə bildirib ki, həmin sənədin maaş cədvəli olmadığnı və həmin sənəddəki imzaların ona məxsus olmadığını deyib. Bu səbəbdən də həmin sənədlə bağlı xətşünaslıq ekspertizası keçirilərək, imzanın İ.Əliyevə məxsus olub olmamasının müəyyən edilməsini istəyirəm. İmzanın İ.Əliyevə məxsus olmaması rəyi olarsa, cinayət işində İ.Əliyevə qarşı həmin ittiham üzrə xitam verilməklə yanaşı, mənim zərərçəkmiş statusum da ləğv olunacaq” – deyə S.Bağırov bildirdi.

Dövlət itihamçısı hazırkı mərhələdə ekspertizaya zərurət görmədiyini və bunun sənədlərin tədqiqi mərhələsində araşdırlmalı olduğunu deyib.

Məhkəmə hazırkı mərhələdə vəsatətin təmin olunmaması ilə bağlı qərar verib.

Növbəti proses 14 aprel saat 14:00-a təyin edilib.

İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib. Lakin o, həbsinin siyasi sifariş olduğunu bəyan edib. Amnesty İnternational təşkilatı İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button