İntiqam Əliyev ağrıdan hərəkət edə bilmir

Hüquq müdafiəçisi vəkili ilə görüşə gedə bilmədi

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti pisləşib. Bu barədə onun vəkili Cavad Cavadlı facebook səhifəsində məlumat yayıb.
Vəkil mayın 15-də İntiqam Əliyevlə görüşə gedib, lakin o, kəskin ağrılara görə görüşə gələ bilməyib.
“İqtiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdim. İntiqam müəllim görüşə gəlmədi və xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir. Çox həyəcanverici bir xəbərdir. Hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciətlər hazırlayıram”, – deyə vəkil qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button