İntiqam Əliyev bel ağrılarından əziyyət çəkir

nerminOmbudsman isə “heç bir problemlərin olmadığını” açıqlayıb.
Hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Əliyeva FB profilində atası ilə bağlı son məlumatları paylaşıb.
N.Əliyeva bildirib ki, hüquq müdafiəçisi ailəsilə telefon əlaqəsi saxlayıb və bildirib ki, bel ağrıları uzun müddət ayaqda qalmasına ciddi mane olduğu üçün ailəsi üçün təyin olunan vaxtda görüşə bilməyəcək: “Artıq 2 hefteden coxdur ki, goruse bilmirik. Həmçinin vəkillər də uzun müddətdən sonra dünən və bu gün gediblər. Otura bilmədiyi üçün onlarla da görüşləri qısa olub”.
N.Əliyevanın sözlərinə görə, İntiqam Əliyevin müalicəsi

kamera səraitində,hər hansı müayinə aparılmadan gedir. Mayın 21-də Ombudsman Aparatının nümayəndələri İ.Əliyevlə görüşüblər və görüşdən sonra verdikləri açıqlamada hüquq müdafiəçisinin heç bir problemi olmadığını açıqlayıblar. Lakin N.Əliyeva problemlərin kifayət qədər olduğunu bildirib: “Müayinəsi kamera şəraitində aparılır. Qəzet verilmir, hadisələrdən bixəbərdir. Ciddi nəzarət altında saxlanılır, ona gələn bütün məktublar nəzarətçilər tərəfindən əlindən alınır”
.İ.Əliyev Azadlıq prospektində yaynan binada həyatını faciəli şəkildə itirən vətəndaşlarımızın ailələrinə də baş sağlığı verməyi unutmayıb.
“Dəstəyini bildirən, məktub yazan dostlara, tanışlara, yaxınlara, hər kəsə təşəkkürünü bildirir, onları çox sevdiyini söyləyir.” – deyə N.Əliyeva məlumat verib.

* İntiqam Əliyev 8 avqust 2014-cü il tarixində həbs edilib, bu il aprelin 22-də isə o, iqtisadi cinayətlər ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hüquq müdafiəçisinin təqsiri nə istintaqda, nə məhkəmədə sübuta yetirilməyib, ittihamlar isə siyasi motivli olub. Amnesty İnternational Əliyev “vicdan məhbusu” kimi tanıyıb.

XuralTAC
nermin aliyeva

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button