İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər tətbiq edilir – Yeni xidmət

yol polisi

Azərbaycan prezidentinin 2016-cı il 15 fevral tarixli fərmanı ilə cari ilin mart ayının 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bununla əlaqədar Nazirliyin müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bildirilir ki, bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud “Elektron Ödənişlər Sistemi”ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.

Həmçinin, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.az və https://e-payment.mia.gov.az linklərinə daxil ola bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button