İqbal Ağazadədən yeni və yerində təyinat

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni təyinat imzalayıb

Uzun müddət göstərdiyi fəal və ardıcıl fəaliyyətini nəzərə alaraq Qadınlar Təşkilatının sədri İmranova Aynurə İmran qızı Ümid Partiyası İctimaiyyətlə Əlaqələr üzrə sədr müavini təyin edilib.

Xatırladaq ki, İmranova Aynurə İmran qızı uzun illər Azərbaycanda müxtəlif qəzet və televiziyalarda çalışıb. İxtisasca politoloqdur. Ümid Partiyasında fəaliyyətinə Qadınlar Təşkilatının sədri kimi başlayıb.

Aynurə İmranovanın mətbuatda sevilən və sayılan həmkarlarımızdan olması, onun ümidləri doğruldacağına və Ümid Partiyası ilə mətbuatın əlaqələrinin yüksək səviyyəyə çıxaracağına inanmağa əsas verir. Həmkarımızı təbrik edirik.

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button