Iqtidari nə gündəsə, müxalifət o gündədir…

Mirzə Sakit

Bu millətin başı batmış, yerin yeddi təkindədir
İqtidarı it günündə, muxalifət nə gündədir?!

Çaşqın qalıb evdə kişi, arvad, uşaq, qonağ da,
Ömür sanki imtahandır, hamı qalıb sınağda,
Beş-on meymun hoppanacaq, xalq da qalıb qınağda,
Murdarların siyasəti döl salıbdı, bətindədir
İqtidarı it günündə, muxalifət nə gündədir?!

Məzlumların xəyalında alçaqların pulun saymaq,
Alçaqların süfrəsində plov, kabab, ballı qaymaq,
Heydərizmin kökü “zəngin”, işverəni oymaq-oymaq,
Satqınlığı damarında, sümüyündə, ətindədir
İqtidarı it günündə, muxalifət nə gündədir?!

Vətən cənnət – Qızıl teştdə qanla dolu laxtası,
Mədənlər də cəhənnəmlik, artır nöyüt buxtası,
Tarlalarda qara sünbül, bitən şeytan buğdası,
Yoğrulan da haram maya, nə xəmirdir, nə kündədir
İqtidarı it günündə, muxalifət nə gündədir?!

Avamlıqdan heçə varıb, haqq yolunda şərtimiz,
Türmələrdə məhrum olub, azadlıqdan mərdimiz,
Sevincimiz arsızlıqdı, arsızlıq da dərdimiz,
Yüklənən qəm, bitən bəla xoşbəxtliyin kökündədir
İqtidarı it günündə, muxalifət nə gündədir?!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button