İqtisadçı ekspert Elman Rüstəmova və Samir Şərifova suallar ünvanladı

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli hökümətin manatla bağlı çox təhlükəli oyun oynadığını yazıb: “Tanıyanlar varsa, indi yazdığımı, suallarımı Elman Rüstəmova və Samir Şərifova çatdırsınlar, görək nə cavab verəcəklər.

1) 2015-cı ilin dekabr ayında 2-ci devalvasiya oldu, dekabr ayında neftin ortalama qiyməti 37,6 dollar idi. Bu ilin ilk 3 ayında neftin ortalama qiyməti 36,7-dir, nə baş verdi ki, manat indi güclenir?

2) Keçən il də, bu ilin 3 ayında da ixracatımızın 94%-e yaxını enerji daşıyıcıları oldu, nə dəyişdi ki, indi manat möhkemlenir?

3) Keçen il də, bu ilin 3 ayında da ixracatdan asılı olduğumuz sahələrdə heç bir dəyişiklik yoxdur, bəs niye manat indi bahalaşır?

4) Manat dövriyyəsini azaltmaqla, sıx monitar siyasət yeritməklə bankları da, ticarət sahəsini də çökdürdünüz, məzənnəni süni olaraq möhkəmləndirməyə dəyərmi?

Bəzi “ekspertler” deyir ki, Novruzda ölkəyə çoxlu turist gəldi, dollar xərclədi, ona görə manat möhkəmlənir. Dostlar, tam məntiqsiz bir yanaşmadır, bütün turistlərin bayramlarda xərclədikləri ölkə banklarının yarım günlük tələbini belə ödəməz. Bir də ki, bəs ölkədən on minlərlə bizim vətəndaş xaricə getdi, onlar konfet kağızı apardılar? Onlar ölkəyə turistlərin gətirdiyinden qat-qat artıq valyuta çıxartdılar.

Elə həmin “ekspertlər” israr edir ki, Formula-1 yarışına o qədər turist gələcək ki, dollar ucuzlaşacaq. Cəmi 2 gün yarış olacaq, böyük sayda da turist gəlməyəcək.

Yeri gelmişken, Formula-1 yarışlarını məhz iyunun ortasına kim salıb? Çox böyük səhvdir, həmin günlərde Fransada futbol üzrə Avropa Çempionatı keçirəcək, dünyanın diqqəti orada olacaq. Məsələn, 17 iyunda bizde Formula-1 yarışı keçirilən zamanda (16:00-da) Fransada Avropa Çempionatında İtaliya – İsveç oyunu olacaq, dünyada idmansevərlər məhz bu matça baxacaqlar, hətta dünya TV-lərində də əsas mövzu Avropa Çempionatı olacaq. Bunu düşünə bilən biri olmayıb ölkədə?!

Üzr istəyirəm, doğru sual vermədim, düşünmek burada ayıb sayılır…”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button