İrəvan, səndən əl çəkən deyiləm!

İnadım inaddır, yeminim yemin,
Dönərsəm bu yoldan insan deyiləm,
Üstümə yarılıb çöksə göy üzü,
İrəvan, səndən əl çəkən deyiləm.

Səndə ruhu gəzir ulu babamın,
Mirası, mabedi qalıb atamın,
Yuxuda gəzdigim elin, obanın,
Üstündən əlimi çəkən deyiləm.

Bax, qara bağlayıb Vedi ovası,
Dağları, daşları, çölü, yaylası,
Boynu bükük əyricənin lalası,
Bu çətin savaştan dönən deyiləm.

Ulu babalarım yatır qoynunda,
Vedi, vəbalın var mənim boynumda,
Bu çətin savaşta, döyüş yolunda,
Bir addım geriyə dönən deyiləm.

Qanı damarımda dolanır hər dəm,
Abbasqulu bəydir sərkərdə dədəm,
Ey dünya, Vedisiz qalmaram bir dəm,
O eldən-obadan keçən deyiləm.

Cahit Erol
Milliyyətçi Hərəkat Partiyasının İğdır şəhər təşkilatının sədri


“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button