İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz edən nümayişçilər mərkəzi küçələri bağlayıb

Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər “Vətəndaş müqaviləsi” Partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə eitazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb. Baqramyan və Maştos prospektləri, eləcə də Abovyan, Moskovyan, Saryan küçələri bağlanıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub.

 

N. Paşinyan narahatlığa görə paytaxt sakinlərindən üzr istəyərək bildirib ki, siyasi aksiya keçirilir: “Biz bu cür kiçik narahatlıqla Serj Sarkisyan adlı daha böyük narahatlığın qarşısını almaq istəyirik”.

 

“Lragir.am” saytının məlumatına əsasən Geratsi və Koryun küçələrinin kəsişməsində “Mercedes” və “Hammer” avtomobilləri ilə gələn mülki geyimli şəxslər aksiya keçirən tələbələrə hücum ediblər. Onlar iştirakçıları döyərək təhqir ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button