İran dənizdə itkin düşən neftçilərin axtarışına başlayacaq

gunesli yanqin.jpg

Tehran “Günəşli” yatağında yanğının söndürülməsində və hadisə nəticəsində itkin düşənlərin tapılması üçün Bakı ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Strateq.az bildirir ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRİB-yə verdiyi müsahibədə baş verən hadisəyə görə təəssüfləndiyini bildirib və hadisə qurbanlarının kədərini bölüşüb.

“İran İslam Respublikası bu sahədə qonşu ölkəyə yardımların göstərilməsində heç bir səyini əsirgəməyəcək”, – deyə Pakayin deyib.

Səfirin sözlərinə görə, havanın tufanlı olmasını nəzərə alaraq, itkin düşənlərin Xəzərin cənubunda, İran sahillərində aşkar edilməsi ehtimalı mövcuddur: “Buna görə də, İranın Gilan vilayətinin əlaqədar rəsmiləri habelə, sərhəd rəsmiləri ilə əlaqə saxlanılıb və İran qüvvələri itkin düşənlərin tapılması məsələsində Azərbaycana yardım etməyə çalışırlar”.

İran səfiri həmçinin deyib ki, Azərbaycan Respublikası istərsə, yanğının söndürülməsi əməliyyatına da yardım ediləcək.

Cümə günü axşam güclü tufan nəticəsində Günəşli qaz yatağında çıxan yanğının ardınca 32 nəfərin həyatını xilas etmək mümkün olub. Bir nəfər isə, aldığı xəsarətlərdən həyatını itirib. Daha 30 nəfərin dənizdə yoxa çıxdığı bildirilir. Yanğının söndürülməsi və itkin düşənlərin axtarışı üzrə səylər davam edir. Havanın tufanlı olması yanğının söndürülməsi və itkin düşənlərin tapılması əməliyyatını çətinləşdirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button