İran prezidenti: “Əcnəbilərin Qarabağ məsələsinə müdaxiləsinin qarşısı alınmalıdır”

ilham ruhanii

“Bütün səylər Qarabağda atəşkəsin davamlı olmasına yönəlməlidir”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani cümə axşamı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı sammitində Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Dağlıq Qarabağ münaqişəsi sülh və müzakirələr yolu ilə həll olunmalıdır. Əcnəbilərin bu məsələyə müdaxiləsinin qarşısının alınması vacibdir”, – deyə prezident vurğulayıb.

İran İslam Respublikası prezidenti Azərbaycan prezidenti ilə görüşdə iki ölkə rəsmilərinin səyi və dəstəyi ilə İran və Azərbaycan əlaqələrinin ikitərəfli, regional və beynəlxalq səviyyədə çiçəklənmənin şahidi olacağına ümidvar olduğunu bildirib.

Həsən Ruhani həmçinin deyib ki, bütün region ölkələri, bütün tərəflər üçün real təhlükə sayılan terrorizm, ifratçılıq və zorakılıq ilə mübarizədə ciddi addımlar atmalıdır.

Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə İran və Azərbaycan arasındakı əlaqələrin son dərəcə yaxın və dostluq əlaqələri olduğunu qeyd edərək iki ölkə arasında imzalanmış əməkdaşlıq sənədlərinin icra olunacağını bildirib:“İran Azərbaycanın ən yaxın dostu və qonşu ölkəsidir. İki ölkə əlaqələri çox aydın bir perspektivə malikdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button