İran səfirliyi qarşısında aksiya keçirilib (VİDEO)

İran səfirliyi qarşısında aksiya keçirilib (VİDEO)

10 noyabrda Milliyyətçi Gənclər Təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Polis əməkdaşları aksiya iştirakçılarının səfirlik qarşısına toplaşmasına icazə verməyiblər. Bildiriblər ki, yalnız iki nəfər qətnaməni səfirliyə təqdim edə bilər. Bundan sonra aksiyaçılar metronun “İçərişəhər” stansiyası istiqamətində ərazidən uzaqlaşdırılıblar. İki nəfər isə aksiyanın qətnaməsini səfirliyə təqdim edib.
6 noyabrda İranın dövlət kanalı “Kanal 2”-nin “Fitilə” adlı proqramında səhnəcik hazırlanıb. Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu azərbaycan dilində verilib. Veriliş yayımlanandan sonra Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin və azərbaycanlıların yaşadığı digər yerlərdə etiraz aksiyaları keçirilib.
MGT rəhbəri bildirir ki, Təbrizdə aksiyalar davam edərsə, onlar da bu aksiyalara dəstək üçün İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz edəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button