İran Sumqayıtda dərman zavodu tikəcək

derman 2

 

Sumqayıt şəhərində əczaçılıq zavodunun inşası haqda da bir memorandum imzalanıb və gələn həftə bu zavodun inşası haqda müzakirə üçün İrandan Bakıya bir heyət səfər edəcək.

 

Xural.com  İSNA Agentliyinə istinadən bildirir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib:

 

Bu zavodun inşasının ilk etapında Azərbaycan Respublikasına İran dərmanları ixrac olunacaq, ikinci mərhələdə isə bu ölkəyə dərman istehsalı üzrə texnologiya köçürüləcək və sonuncu etapda da beş il ərzində Bakıda dərman istehsal olunacaq”, – deyə səfir vurğulayıb.

 

İranın Bakıdakı səfiri İran ilə Azərbaycan Respublikasının neft layihələrində birgə investisiyasından da danışıb. Möhsün Pakayin deyib ki, İranın Qədir investisiya şirkəti ilə Azərbaycan Respublikasının SOKAR(SOCAR) neft şirkəti arasında neft və qaz layihələrində müştərək investisiya müqaviləsi imzalanıb.

 

Səfir qarşıdakı altı ayadək regionda mühüm dəyişikliklərin baş verəcəyini dilə gətirərək, bildirib ki, İran ilə Azərbaycan Respublikası su bəndi və elektrik stansiyalarının inşası sahəsində də əməkdaşlıq edəcəklər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button