İrana Azərbaycandan 60 milyon dollarlıq hədiyyə

Azərbaycan İranın Gilan əyalətində Astara dəmir yolu yük stansiyasının yenidən qurulmasına 60 milyon dollar investisiya qoyur.

İRNA agentliyinin verdiyi məlumata görə, bunu “İran Dəmir Yolları”nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidenti Hosseyn Aşuri bildirib.

H. Aşuri deyib ki, Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib. Astara (Azərbaycan) – Astara (İran) dəmir yoluna baxış keçirən H. Aşuri dəmir yolunun bu hissəsinin cümə axşamı İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı açılacağını qeyd edib. Bundan əlavə, səfər zamanı Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalanacaq. Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar ayıracaq.(azadlıq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button