İrana qalib gəldik

IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının ikinci mərhələsinə Sloveniyanın Maribor şəhərində start verib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Faiq Qarayevin rəhbərliyi altında hazırlıq keçən yığmanın düşərgəsində 12 voleybolçu yer alıb.

Bunlar Aynur Kərimova, Ayşən Abduləzimova, Ceyran Əliyeva, Valeriya Məmmədova, Marqarita Əzizova, Kristina Yaqubova, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Anastasiya Şaş, Oksana Kiselyova, Olena Həsənova və Yekaterina Jidkovadır.

Azərbaycan millisi hazırlığın ilk günündə yoxlama görüşü keçirib. F.Qarayevin rəhbərlik etdiyi kollektiv İran yığmasını 3:0 (25:14, 25:16, 25:17) hesabı ilə məğlub edib.

Yığma toplanışın ilk mərhələsini 7 – 15 apreldə Bakıda reallaşıdırıb.

Qeyd edək ki, Sloveniya toplanışına mayın 2-də yekun vurulacaq. Hazırda yığmadan kənarda qalan 4 legioner voleybolçu – Ksenya Poznyak (“Beşiktaş”, Türkiyə), Yana Kulan (“Çanakkale Belediyyespor”, Türkiyə), Odina Bayramova (“Fierense”, İtaliya) və Polina Rəhimova (“Toyota”, Yaponiya) komanda Bakıya döndükdən sonra düşərgəyə qoşulacaqlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button