İranda neçə milyon Türk yaşayır?

Tanınmış tarixçi yazar Güntay Gəncalp özünün facebook statusunda maraqlı bir siyahı paylaşıb. Siyahı “İranda Türk əhalisi” adlanır. Daşıdığı əhəmiyyəti nəzərə alaraq Güntay Gəncalpın statusunu xural.com olaraq dərc edirik. Beləliklə, İranda neçə milyon soydaşımız yaşayır?

“Şərqi Azərbaycan – 3 724 620
Qərbi Azərbaycan – 3 080 576
Ərdəbil – 1 248 488
Zəncan – 1 015 734
Həmədan – 1 758 268
Qəzvin – 1 201 565

Cəmi – 12 029254
Qəzvin və Həmədanın bir yerdə yarısı Türk, yarısı başqa etnoslardır. Yəni İranın şimalında bir yerdə toplu olaraq yaşayan Türk əhalisinin sayı 10 549 337 nəfərdir. Bundan əlavə:


Tehran – 12 425 000
Kərəc – 2 024 765

Cəmi – 14 449 765


Bu bölgənin əhalisinin üçde biri Türkdür – 4 816 588. Xorasan ve Kaşgay Türkləri 1 500 000 nəfərdir. 1 500 000 nəfər də Türkmənləri bunlara əlavə etsək, nəticədə İranda neçə milyon Türk olur?

İranda türk sayımı – 18 365 925. 2 000 000 da İranın müxtəlif yerlərində Türkün var olduğunu ehtimal etsək, İranda Türklərin sayının 20 365 925 nəfər olduğu meydana çıxar. İranın əhalisinin ümumi sayı isə 77 189 660 nəfərdir. Belə çıxır ki, İranda Türklərin ümumi faizi 26.5 %-dir.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button