İranın sabiq prezidenti Əhmədinejad saxlanıldı-Şok iddia

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

Bu barədə “Al-Quds Al-Arabi” qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, M.Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M.Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M.Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button