İranın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək – VİDEO

Ruhani29.07.2013

Artıq Azərbaycandan İrana bu mərasimdə iştirak etmək üçün nümayəndə heyəti gedib

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranın yeni Prezidenti Həsən Ruhaninin avqustun 4-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Azərbaycanın İrandakı səfirliyindən verilən məlumata görə, nümayəndə heyətinin Tehrana səfəri iyulun 29-da başlayacaq.

Həsən Ruhani kimdir?

Həsən Ruhanı – İranın 7-ci prezidenti. 1948-ci ildə anadan olub. Qum şəhərində mədrəsə təhsili alıb.

Eyni zamanda, Tehran Universitetinin hüquq fakültəsinin məzunudur. İslahatçı namizəd və prezident kimi tanınmasının əsas səbəblərindən biri də odur ki, Ruhani təhsilini Qlazqoda davam etdirib.

Gənc yaşlarından etibarən Ruhullah Xomeyninin tərəfdarlarından biri olub. O, inqilaba yaxın ərəfələrdə İranı dolaşaraq şah əleyhinə təbliğat aparıb.

Buna görə dəfələrlə həbs olunan Həsən Ruhaninin təbliğat xarakterli məlumatlar paylamasına qadağalar qoyulub.

1977-ci ildə minbərdə etdiyi çıxış zamanı Xomeyniyə İmam deyilməsini təklif edib. Bu təklif qəbul edilib və məhz bundan sonra Xomeyni İmam adlandırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button