İranla sərhəddə atışma baş verib

Iranla s'rh'd28.04.2015

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin qanunsuz yolla Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

 Ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
AzərTAG xəbər verir ki, bu haqda məlumat DSX-nin mətbuat mərkəzindən verilib.
Məlumata görə, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddənin – 1 kiloqram 920 qram heroinin və 3 kiloqram 260 qram marixuananın Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.
Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanıb.
Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar.
Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti sabitdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button