İsa Qəmbər də namizədliyini irəli sürdü

Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbər 2018-ci ilin prezident seçkilərində öz namizədliyini irəli sürəcək.

Virtualaz.org-un məlumatına görə, bu barədə jurnalistlərə partiyanın mətbuat xidmətindən bildirdilər.

Beləliklə, İsa Qəmbər növbəti ildə prezident postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıq bildirən üçüncü siyasətçi oldu. Ona qədər bunu parlamentin mühacirətdə olan keçmiş spikeri Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev etmişdilər.

İsa Qəmbər uzun illər Azərbaycan müxalifətində əsas fiqurlardan biri olub. 2003-cü ildə o, prezident seçkilərində müxalifətdən əsas namizəd idi, ancaq seçkiləri uduzdu. 2014-cü ildə o, Arif Hacılını öz varisi adlandırdı və Müsavat Partiyasının başqanı vəzifəsindən istefa verdi. Partiyanın VIII qurultayı “Müsavat”ın başqanı vəzifəsinə Arif Hacılının namizədliyini təsdiq etdi.

Xatırladaq ki, Azərbaycanda növbəti prezident seçkilərinə təxminən 1 il zaman qalır. Bununla belə, ənənəvi siyasətçilərin – namizədlərin artıq indidən iddia ortaya qoymaları maraqlıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button