İsa Qəmbər: Rauf Arifoğlunun rejimlə barışması korrupsiya və rüşvətxorluqla barışmaq deməkdir (Video)

İsa Qəmbər: Rauf Arifoğlunun rejimlə barışması korrupsiya və rüşvətxorluqla barışmaq deməkdir (Video)

“Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir”. Bu barədə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Facebook səhifəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasının seçkili orqanlarında təmsil olunmuş keçmiş üzvü Rauf Arifoğlunun  Milli Mətbuat Günündə prezident İlham Əliyev tərəfindən mükafatlandırlmasına münasibət bildirib.

“Bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir.
Müsavatçılar üçün bu, mümkün deyil”, deyə İsa Qəmbər yazır.

Öz növbəsində, Rauf Arifoğlu isə musavat.com saytında yazıb ki, İsa bəyə qarşı, hətta ona  münasibətdə haqsızlığa yol verdiyini düşünsə belə, heç bir neqativ cavab verməyəcək, yazı yazmayacaq.

“Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəyəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram…

Digər bir mesajımsa bundan ibarətdir: Hörmətli İsa bəyin bu illər ərzində mənimlə bağlı bir sıra təsbit və qənaətləri olub. Hər biri üçün ona minnətdaram. Neqativ xarakterli bir sıra qənaətlərini də zamanında bəzən dəyişmişəm, bəzənsə unudulub gedib. İndi də, son təsbit və qənaətlərindəki narahatlıqları anlayıram. Görünür, bundan sonrakı fəaliyyət prioritetlərimdən biri də o narahatlıqlara əsas olmadığını sübut etmək olacaq”, deyə Arifoğlu qeyd edib.

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button