İsa Qəmbərin qardaşı GUTAM təklif edir

Gürcüstan, Ukrayna, Türkiyə, Azərbaycan və Moldova Konfederativ əsaslarla birləşsin!

rövşən qəmbər

xural.com-un əldə etdiyi məlumatlara görə, hazırda Almaniyanın Bonn şəhərində yaşayan Rövşən Qəmbər maraqlı bir ideya ilə çıxış edib. O, 5 dövlətin konfederativ əsaslarda birləşməsi və vahid dövlət formasında fəaliyyət göstərməsi təklifini irəli sürüb. Bu məqsədlə yaratdığı səhifəsində (https://www.facebook.com/groups/593526717469456/?notif_t=group_name_change) Rövşən Qəmbər bu statusu paylaşıb:

“Azərbaycanı, Avropa Birliyini, Sülhü və Ədaləti sevən vətəndaşlarımız!!!
Çox istərdik ki, bu facebook qrupumuzda sabahdan müzakirələrə başlayaq və başkəndi İstanbul olmaqla konfederativ 5 dövlət birliği – GUTAM adlanan Birliyin yaxın zamanlarda qurulması istiqamətində intensiv müzakirələr başlansın!
Gürcüstan, Ukrayna, Türkiyə, Azərbaycan və Moldova. Bunların baş hərfləri birlikdə GUTAM kimi oxunsun, tələffüz olunsun! Bu zərurət 2016-cı ildə Novruz Bayramı günlərində – mart ayının 3-cü həftəsində GUTAM Dövlətlərinin Parlamentlərində müzakirə olunsun və Avropa Birliyinin imtiyazlı tərəfdaşları kimi AB və NATO tərəfindən dəstəklənsin!
1987-ci ilin sonunda (28 il əvvəl Heydər Əliyev Sovet İttifaqı kommunist partiyasının siyasi bürosundan Qorbaçov və erməni lobbisi tərəfindən uzaqlaşdırıldıqdan dərhal sonra) Dağlıq Qarabağ problemi Qorbaçovun müşaviri Ağanbekyan tərəfindən ermənilərin guya xeyrinə müzakirəyə çıxarıldı. Bu günə qədər baş verən Xocalı Soyqırımına görə və Azərbaycan xalqına qarşı törədilən faciələrə görə heç kim üzür istəməyib.
Xalqımıza qarşı törədilən məhrumiyyətlərə adekvat reaksiyamızı təyin etməyimiz üçün müzakirələrə ehtiyac olduğuna görə bu “GUTAM = Türkiyə + GUAM / GUTAM Gənclər (Gələcək) Forumu (Parlamenti)” Facebook qrupunu Azərbaycanı və Əadaləti sevən vətəndaşlarımızın aktiv iştirakıyla qurulmasına qərar verdik ki, ortaq türkcəmizin, ortaq tariximizin və ortaq dəyərlərimizin yaranmasına və inkişafına çalışanların uğurlu müzakirələrinə nail olaq!”

Xatırladaq ki, Rövşən Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin qardaşıdır.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button