İsa Qəmbərin qardaşından sensasion iddia: “Atamı KQB öldürüb”-İDDİA

İsa Qəmbərin hazırda Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər sensasion iddia ilə çıxış edib. O, facebook statusunda atası Yunis Qəmbərovun ölümündən bəhs edən status paylaşıb və Ayaz Mütəllibovun adamlarının hədə-qorxularından yazıb. Xural.com xəbər verir ki, Rövşən Qəmbər facebook statusunda yazır:

“Ayaz Mütəllibov saxta yolla 1991-ci ildə 8 sentyabrda prezident seçilmək istəyirdi. Necə ki, saxta referendum keçirib Qorbaçov tərəfindən hansısa imtiyazlar və ya mükafatlar almaq istəmişdi…
Atam Qəmbərov Yunisi Mütəllibovun çekistləri xəbərdar etmişdilər ki, oğlu İsa üçün təhlükə yarana bilər, Mütəllibovun əleyhinə Azadlıq Meydanında keçirilən mitinqlərdən vaz keçsin, yoxsa onun həyatına ciddi təhlükə olar.
Atam bildirmişdi ki, oğlu İsa üçün təhlükə olsa da, o geri çəkilməyəcək…
Bir neçə gün sonra çox sağlam Atam qəfildən 7 sentyabrda vəfat etdi və İsa Qəmbərin Ayaz Mütəllibova qarşı mübarizədən kənarlaşdırmaq üçün Atamın KQB tərəfindən bu suiqəsdin təşkil edilməsi ehtimalı indiyədək məni narahat edir…”

Rövşən Qəmbərin bu iddiası haqqında Ayaz Mütəllibovun və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin münasibətləri çox maraqlıdır. İlkin cəhdlərimiz nəticə verməsə də, adı çəkilənlərin də münasibətlərini dərc etməyə çalışacağıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button