İsgəndər Həmidov görüşlərə başladı

İsgəndər

İsgəndər Həmidov: “Kəlbəcərliləri para, pul maraqlandırmır, onlar Vətəndə ölmək istəyirlər!”

xural.com-a daxil olan məlumata görə, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürən sabiq Daxili İşlər naziri İsgəndər Həmidov artıq seçiciləri ilə görüşlərə başlayıb. Xırdalanda məskunlaşan kəlbəcərlilərlə bu gün 2 görüş keçirən İsgəndər Həmidovun özü ilə əlaqə saxladıq. Görüşlərin yüksək əhvali-ruhiyyədə keçdiyini deyən sabiq Daxili İşlər naziri, insanlarla onları maraqlandıran hər sahədə söhbət apardıqlarını dedi: “Kəlbəcərlilərlə görüşlərimiz yüksək səviyyədə davam edir. Bilirsiniz, hakimiyyət dairələri bizə görüş üçün heç bir imkan tanımır, yer ayırmır, maneə olur. Hətta bu görüşümüzün də tarixini və gününü dostlarımıza deyə bilmədik. Ona görə ki, telefonlarımızı izləyib görüşlərimizi dağıtmaq planlarının olduqlarını ehtimal edirik. Camaat dimdik ayaqdadır. Onları nə para, nə pul, nə var, nə dövlət maraqlandırmır. Onların hamısının başlıca arzuları Kəlbəcərə, Göyçəyə, Şuşaya qayıtmaqdır. Onları başqa heç nə düşündürmür. Görüşlərdə kifayət qədər insan iştirak edirdi və onlar seçkidə haqqın, ədalətin yanında olacaqlarını, mənə səs verəcəklərini deyirdilər.”

Yaxın günlərdə bir çox yerlərdə və bölgələrdə görüşlər keçirəcəyini deyən İsgəndər Həmidov bu haqda ictimaiyyəti məlumatlandıracaqlarını da sözlərinə əlavə etdi.

xural.com

Əlaqəli məqalələr

2 şərh

  1. Isgəndəri hər bir Azərbaycanlı alqışlayır.Tək cəbhəçi kadırdır ki nə 20 yanvar qırğınında əhaılini qızışdrib əli yalın rusların qabağına çıxarmadı. Nədəki vətənə torpağa xəyanət etmədi .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button