İşgüzar xanım üçün 101 qayda

Azərbaycanda ilk dəfə qadınlar üçün davranış, ünsiyyət, nitq, geyim və s zəruri etik qaydaları özündə ehtiva edən bir kitab nəşr edilmişdir.

`İşgüzar xanım üçün 101 qayda`  kitabı biznes və ya ictimai sahədə peşəkar, etik və uğurlu olmaq üçün dəyəli məsləhət toplusudur. Kitabın müəllifləri Mehriban Vəzir, Kəmalə Abdullayeva, Azər Mehtiyev, redaktoru Təranə Mahmudova, layihənin rəhbəri Şəhla İsmayıldır.
“İşgüzar Xanım üçün 101 Qayda” kitabı biznes və ya ictimai sahədə peşəkar, etik və müvəffəqiyyətli olmaq istəyən bütün qadınlara dəyərli məsləhətlər toplusunu təqdim edir. “İşgüzar Xanım üçün 101 Qayda” Azərbaycanın milli dəyərlərinə uyğun olan davranış nümunələrinin klassik norma və müasir standartlarının nəfis birləşməsidir. Bu nəşr İsveçrə Hökumətinin maliyyə vəsaiti və və Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) ilə əməkdaşlıq çərçivəsində KONTRAST şirkəti tərəfindən hazırlanmışdır.

Məlum olduğu kimi, Azərrbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir.
Bu görüşlərin sırasında ictimai sektorun ünlü simalarından Şəhla İsmayıl, bisnes mühitindən tanınmış xanım Jalə Əmirbəyova vardır. Eləcə də professor Fuad Məmmədov, tarixi şəxsiyyət olan Tahirə Zərrintacın araşdırmaçıları, o cümlədən Azər Cəfərov `Yeni Nəsil Qadın Koalisiyası`nın görüşünə gəlmişlər.

`İşgüzar xanım üçün 101 qayda`  kitabının daha bir təqdimatı `Yeni Nəsil Qadın Koalisiyası`nda təşkil edilmişdir. Təqdimatda müəlliflərdən Mehriban Vəzir, Kəmalə Abdullayeva və kitabın redaktoru Təranə Mahmudova, layihənin rəhbəri Şəhla İsmayıl iştirak etmişlər. Onların hər biri ayrıca olaraq `101qayda` üzərindəki gərgin və maraqlı fəaliyyətlərindən söhbət açmış, bu kitabın ideyasının yaranmasından, üzərində aparılan yaradıcı işdən bəhs etmişlər.

`Yeni Nəsil Qadın Koalisiyası`nın üzvlərinə İşgüzar xanım üçün 101 qayda` kitabı hədiyyə edilmiş, eləcə də üzvlərin təşəbbüsü ilə kitab müəlliflər tərəfindən imzalanmışdır. Müəlliflər bu kitabın gənc xanımlar üçün olduqca faydalı olacağı qənaətindədirlər.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button