İŞİD-in rus başkəsəni İnterpolun axtarışına verildi

İŞİD-in Rusiyadan olan başkəsəni Anatoli Zemlyanka İnterpolun axtarışına verilib.

strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya hökuməti Anatoli Zemlyankanı həm də qanunsuz silahlı qruplaşmalar yaratmaqda ittiham edir.

28 yaşlı Zemlyankanın xarici görünüşü barədə də məlumat verilib. Onun saçlarının sarışın, boyunun 178 santimetr olduğu bildirilir.

A.Zemlyanka Tümen vilayətinin Noyabrsk rayonunda anadan olub. Rusiyada onun barəsində İŞİD-lə əlaqələrinə görə cinayət işi başladılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Anatoli Zemlyankanın Rusiyadan olan, əslən çeçen Maqomed Xasiyevlə birgə videosu yayılmışdı.

Edam videosunda Xasiyev etiraf edirdi ki, İŞİD sıralarına qoşulduğu vaxtdan Rusiya Federal Təhlükəsizlik Xidmətinə casusluq edib. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button