“İşıq məhbusları”nın vəkilləri yoxdur – Elçin Sadıqovdan başqa

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Cəbrayıllı “işıq məhbusu” Calal Quliyevin barəsindəki həbs qətimkan tədbirinin 23 iyun 2017-ci il tarixədək uzadılması barədə Nəsimi rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərarından vəkil Elçin Sadıqovun verdiyi apellyasiya şikayətinə baxılıb. Bu barədə Elçin Sadıqov özünün facebook səhifəsində məlumat verib. Apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Xural.com xəbər verir ki, Elçin Sadıqovun yazdığına görə, 14 mart 2017-ci il tarixdə Cəbrayıllı “işıq məhbusları”nın barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən Fehruzlu Zaur, Ülvi Quliyev və İlkin İsgəndərov onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmələrinə baxmayaraq, dövlət hesabına təyin edilmiş vəkillər onların barəsində həbsin uzadılması barədə qərardan apellyasiya şikayəti verməyiblər.

Hətta hətta həbsin uzadılması məsələsinə Nəsimi rayon məhkəməsində baxılarkən, hakimin “məhkəməyə etirazın varmı” sualına “bəli, etirazım var, mən heç bir cinayət törətməmişəm” cavabını verən şəxsə dövlət hesabına təyin edilmiş vəkil deyib ki, sənə nə sual verirlər ona cavab ver, əlavə şeylər danışma.

O da məlum olub ki, digər məhbusların vəkilləri olmadığına görə, onların işləri yolunda getmir. Elçin Sadıqov bildirib ki, istintaq ona dörd nəfəri müdafiə etməyə icazə vermir: “Başqa vəkil yoxdur, ancaq dövlət hesabına təyin edilənlərdir.”

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button